Full-stack veb developer
2020-ci ildən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-də developer kimi çalışıram. Bununla yanaşı, 2020–2025-ci illərdə NS Studio-da, 2023-cü ildə isə CYBER ON şirkətində korporativ saytlar, dövlət platformaları və xidmət sistemləri üzərində işləmişəm.
Əsas texniki istiqamətim PHP və Laravel backend-i, JavaScript əsaslı responsiv interfeyslər, MySQL/PostgreSQL verilənlər bazaları və layihəyə uyğun admin panellərdir. Texniki strukturdan yayıma və sonrakı inkişafa qədər prosesi bütöv idarə edə bilirəm.
İş prosesində təhlükəsizliyə, performansa, aydın arxitekturaya və sonradan rahat inkişaf etdirilən koda diqqət yetirirəm. Fərqli sahələr üçün hazırladığım layihələr praktik məhsul düşüncəsini və uzunmüddətli texniki yanaşmanı əks etdirir.